Georgi Nikolov “Neftçi”yə sataşdı
Unibank Premyer Liqanın XXIV turunun mərkəzi qarşılaşmasında “İnter” və “Neftçi” klubları üz-üzə gələcək. İdman.com.az saytının xəbərinə görə, turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşan komandaların dueli lider dəyişikliyinə də səbəb ola bilər. Martın 18-də “Şəfa” stadionunda baş tutacaq qarşılaşma ərəfəsində liderdən 1 xal geri qalan “İnter” klubunun prezidenti Georgi Nikolov “ağ-qaralar”ın bostanına daş atıb:

“Neftçi” bizim abunəçimizdir. Hər oyunda bizə 3 xal verirlər. Bildiyiniz kimi, bu mövsüm bütün görüşlərdə “Neftçi”ni məğlub etmişik. Düşünürəm ki, yenə qalib gəlib liderliyə yüksələcəyik”.
Qeyd edək ki, “İnter” təsnifat mərhələsinin 1-ci dövrəsində 1:0, 2-ci dövrəsində isə 2:1 hesabı ilə qalib gəlib.

Xəbər 1490 dəfə oxundu.