Milli komandada əcnəbi məşqçi?
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası yenidən bir araya gəlib. İdman.com.az saytı xəbər verir ki, olimpiya lisenziyalı yarışdan kənar qalan yığma növbəti turnirlərdə qüvvəsini sınamağı planlaşdırır.

Lakin hələ komanda tam heyətlə çalışa bilmir. Buna səbəb yığmamızın aparıcı üzvləri Aleksey Çervyakovun Rusiyada, Yevgeni Kovalenkonun Belarusda, Arif Tağıyevin İsraildə legioner həyatı yaşaması, Fərid Cəlalovun “İqtisadçı”da və Pərviz Səmədovun “Rabitə”də çalışmasıdır.
Həmçinin, millinin baş məşqçisi postunda da dəyişikliyin olması gözlənilir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, komandanın xarici mütəxəssisə tapşırılması gündəmdədir və bu məqsədlə əcnəbi məşqçi də axtarılır. Hazırlığı isə komandaya baş məşqçi Sahib Əliyev deyil, Cəlil Bəxtiozan keçir. Əliyev yığmada məsləhətçi funksiyasını yerinə yetirir.
Qeyd edək ki, yığma vaxtı ilə “Azərneft”in oyunçularından təşkil olunsa da, hələ klubun mövcudluğu barədə danışmaq mümkün deyil.

Xəbər 1033 dəfə oxundu.