Daha iki Azərbaycan güləşçisi IV İslam Həmrəyliyi Oyunlarının finalında
Daha iki Azərbaycan təmsilçisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında final mərhələsində çıxış edəcək.

57 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Mahir Əmiraslanov türkiyəli Nəbi Uzun üzərində 13:2 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Digər təmsilçimiz Nurməhəmməd Hacıyev (97 kq) isə tam üstünlüklə suriyalı Karem Abdullanı məğlub edərək İslamiadada qızıl mükafat uğrunda yarışacaq.

Cəbrayıl Həsənov (74 kq) səkkizdəbir final mərhələsində İran pəhləvanı Peyman Yarahmadiyə uduzaraq mübarizəni dayandırıb.

Xəbər 616 dəfə oxundu.