İslam Abbasov “Bakı-2017”nin çempionu adını qazanıb
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi yarışlarında Azərbaycan millisinin aktivinə sonuncu qızıl medalı 85 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov yazdırıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda İslam Abbasov Türkiyə təmsilçisi Ali Cengizi 3:1 hesabı ilə məğlub edib.

Bu çəki dərəcəsində bürünc medallara qırğızıstanlı Azat Bişebekov və iranlı Mahdi Fallah Hamidabadi layiq görülüblər.

Xəbər 638 dəfə oxundu.