“Bakı-2017”nin paraatletika yarışlarında növbəti qızıl medal Azərbaycanın aktivinə yazılıb
Azərbaycan paraatletləri “Bakı-2017”də daha iki medal qazanıblar.

T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında Nurlan İbrahimov qızıl medala sahib olub. Gümüş medala da Azərbaycan atleti sahib olub. Elçin Muradov yarışda ikinci pillədə qərarlaşıb.

İran təmsilçisi Araş Xosrovi isə bürünc medalla kifayətlənib.

Xəbər 584 dəfə oxundu.