Boksçumuz Tamerlan Abdullayev “Bakı-2017”də gümüş medala sahib olub
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kiloqram çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev gümüş medalla kifayətlənməli olub.

İdmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturov ilə qarşılaşıb. Görüş 0:5 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Bu çəki dərəcəsində qazaxıstanlı İlya Oçkin və Suriya təmsilçisi Ahmad Qhosson bürünc medallarla kifayətləniblər.

Xəbər 586 dəfə oxundu.