“Bakı-2017”: Azərbaycanın iki qadın idmançısı stolüstü tennis yarışının yarımfinalında
Mayın 18-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar arasında fərdi yarışın dörddəbir final mərhələsinə yekun vurulub.

“Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən yarışın dörddəbir final mərhələsinin bütün görüşləri eyni hesabla başa çatıb – 4:0.

Yarışda ölkəmizi təmsil edən hər iki idmançı qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz Miao Vanq İran idmançısı Məriəm Səmeti, Zinq Ninq isə Fələstin millisinin üzvü Diana Əssini məğlub ediblər. Türkiyə idmançısı Mələk Hu pakistanlı Rəhilə Kaşifi, iranlı Nedə Şahsavari isə türkiyəli Özgə Yılmazı mübarizədən kənarlaşdırıblar.

Yarımfinal görüşləri mayın 19-da keçiriləcək.

Xəbər 545 dəfə oxundu.