Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib
Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının finalına yüksəlib.

Azərbaycan millisi “Dalğa Arena”da Əlcəzair yığması ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 39-cu dəqiqəsində Ruslan Abışovun qolu ilə millimiz hesabda önə çıxıb. Matçın ilk hissəsi yığmamızın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

Görüşün 57-ci dəqiqəsində Məqsəd İsayev ikinci topu rəqib qapısından keçirib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və ukraynalı hakimlər briqadası tərəfindən idarə olunan oyun 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.

Bununlada Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışının finalına vəsiqə qazanıb.

Xəbər 534 dəfə oxundu.