“Sumqayıt”ın baş məşqçisi Xorvatiyaya yollanıb
Dünyaca məşhur Zaqreb “Dinamo”su ilə “Sumqayıt” futbol klubu arasında əldə olunmuş razılığa əsasən, “A” komandanın baş məşqçisi Samir Abasov və akademiyanın əlaqələndiriciləri Baba Əsgərov və Sabir Əliyev adıçəkilən klubun düşərgəsinə yollanıblar.

Təcrübə qazanmaq məqsədi ilə mayın 20-dək davam edəcək səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib.

Təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.

Ümumilikdə isə hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün müddətində “Dinamo”nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilərimiz Xorvatiyada olduğu müddətdə U-17 Avropa çempionatının final oyununu da izləyəcək.

Xəbər 571 dəfə oxundu.