İslamiadanın basketbol 3x3 yarışlarına start verilib
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarına start verilib.

Basketbol 3x3 üzrə həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparır.

Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışırlar.

Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar.

Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.

Yarışların ilk günündə 18 oyun keçiriləcək. Qadınların yarışında 8, kişilərin mübarizəsində isə 10 qarşılaşma oynanılacaq.

İlk görüşdə Türkmənistanın və Azərbaycanın qadın basketbolçuları qarşılaşırlar.

Xəbər 537 dəfə oxundu.