“Bakı-2017” Azərbaycan üzgüçüləri yarışın sonuncu günündə bir bürünc medal qazanıblar
Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarının üzgüçülük yarışlarına yekun vurulub.

Yarışın beşinci - sonuncu günündə Azərbaycan komandası bir bürünc medal qazanıb. 4x100 metr məsafəyə qarışıq üsulla üzmə yarışında qadın atletlərimiz Türkiyə və İndoneziyadan sonra üçüncü yeri tutublar.

Yarışın sonuncu günündə fəxri kürsüdə yeddi ölkə təmsil olunub. Türkiyə atletləri liderliklərini davam etdiriblər. Türkiyəlilər 6-sı qızıl, 3-ü gümüş, 2-si bürünc olmaqla 11 medal qazanıblar. Əlcəzair üç (2 qızıl, 1 gümüş), İndoneziya beş (4 gümüş, 1 bürünc), İran iki (2 bürünc), Azərbaycan, Qırğızıstan və Suriya isə aktivlərinə yalnız bir bürünc medal yazdırıblar.

Qaliblərə medalları İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov təqdim ediblər.

Xəbər 564 dəfə oxundu.