“Bakı-2017”: Boksçumuz Rauf Rəhimov döyüş keçirmədən mərhələ adlayıb
IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında daha bir idmançımız finala vəsiqə qazanıb. Bu, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimovdur.

23 yaşlı idmançımız yarımfinal səddini döyüş keçirmədən adlayıb. R.Rəhimov bu mərhələdə Abdelrəhman Abdelqəvvədlə (Misir) qarşılaşmalı olsa da, rəqibi zədə səbəbindən rinqə çıxmayıb və təmsilçimiz texniki qələbə qazanıb.

O, mayın 18-də baş tutacaq həlledici görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.

Qeyd edək ki, R.Rəhimov finala yüksələn 5-ci boksçumuz olub.

Xəbər 536 dəfə oxundu.