Qadın taekvandoçumuz Fəridə Əzizova qızıl medal uğrunda yarışacaq
"Bakı-2017"də 67 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın taekvandoçumuz Fəridə Əzizova finala vəsiqə əldə edib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yarımfinal qarşılaşmasına baxıblar.

Azərbaycan idmançısı yarımfinalda Özbəkistan təmsilçisi Niqora Tursunkulovaya 3:0 hesabı ilə qalib gəlib. İdmançımız final görüşündə türkiyəli Nur Tatar ilə qarşılaşacaq.

Xəbər 665 dəfə oxundu.