Boksçumuz Tayfur Əliyev İslamiadanı bürünc medalla başa vurub
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsi davam edir. Bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.

56 kiloqram çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançımız özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. Dörddəbir finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran T.Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə boksçumuz İslamiadanı bürünc medalla başa vurub.

Xəbər 531 dəfə oxundu.