“Bakı-2017”: güləş yarışlarına start verilib
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışlarına start verilib. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Mayın 17-də - yarışların ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar xalça üzərinə çıxırlar.

Gün ərzində dörddəbir final mərhələsində komandamızın üzvlərinin iştirakı ilə aşağıdakı görüşlər keçiriləcək: 59 kiloqram çəki dərəcəsində Murad Məmmədov - M.Nurbaxş (İran), 71 kiloqramda A.Budjemline (Əlcəzair) - Rəsul Çunayev, 80 kiloqramda A.Azisbekov (Qırğızıstan) - Rafiq Hüseynov, 98 kiloqramda T.Raza (Pakistan) - Orxan Nuriyev. Final görüşləri isə saat 18:00-da başlayacaq.

Xəbər 550 dəfə oxundu.