Kişi üzgüçülərimiz yarımfinal mərhələsinə vəsiqə qazanıblar
Mayın 17-də Bakı Su İdman Sarayında üzgüçülük yarışlarının beşinci - sonuncu gününə start verilib.

Əvvəlcə qadınlar arasında 50 metr məsafəyə sərbəst, kişilər arasında batterflay üsulu ilə üzmə yarışlarının təsnifat mərhələsi keçirilib.

Qadınlar arasında ən yaxşı nəticəni türkiyəli Nihan İlknur Çakıcı göstərib - 26:35 saniyə. Kişilər arasında yarışlarda isə indoneziyalı Triadi Sıdıq 24.38 saniyə nəticə ilə finişə birinci çatıb.

Azərbaycanın yarışda iştirak edən hər iki təmsilçisi kişilərin yarışında yarımfinala vəsiqə qazanıb. Yevgeni Lazuka 25.04 saniyə nəticə ilə altıncı, Boris Kirillov isə 25.84 saniyə nəticə göstərərək doqquzuncu olub.

Saat 19:00-da isə bu yarışların yarımfinal, daha sonra final mərhələləri keçiriləcək. Bundan əlavə, qadınlar arasında 200 metr məsafəyə brass, kişilər arasında 100 metr məsafəyə sərbəst, qadınlar arasında 100 metr məsafəyə batterflay, 400 metr məsafəyə sərbəst, kişilər və qadınlar arasında 4x100 metr məsafəyə qarışıq üsullarla üzmə yarışlarının qalib və mükafatçıları məlum olacaq.

Xəbər 527 dəfə oxundu.