İslamiada: Azərbaycan taekvondoçusu Qaşım Maqomedov finalda
Taekvando üzrə respublika birinciliyinin qalibi, gənclər arasında dünya çempionatının mükafatçısı Qaşım Maqomedov (-54 kq) IV İslam Həmrəyliyi Oyunlarının finalına adlayıb.

Q.Maqomedov yarımfinalda türkiyəli Deniz Dağdelen üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanıb. Onun finaldakı rəqibi iranlı Mahdi Eşaqidir.


Xəbər 679 dəfə oxundu.