Maksim Şemberev dördüncü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Azərbaycan idmançısı Maksim Şemberev İslamiadada kişilər arasında 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında rəqiblərini qabaqlayaraq dördüncü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Atletimiz 7:54.34 saniyə nəticə ilə IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. İkinci yeri indoneziyalı Aflah Pravira tutub - 8:16.00 saniyə. Türkiyəli Ediz Yıldırımer isə 8:16.66 saniyə nəticə ilə bürünc medala layiq görülüb.

Xəbər 695 dəfə oxundu.