İslamiada: Taekvandoçumuz Qaşım Maqomedov rəqibinə qızıl xalla qalib gələrək yarımfinala adlayıb
Azərbaycan idmançısı Qaşım Maqomedov IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında ikinci qələbəsini qazanıb.

“Bakı-2017”də 54 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında dünya çempionatının gümüş medalçısı Qaşım Maqomedov ikinci döyüşündə özbəkistanlı Şukrob Bobobekovlə qarşılaşıb.

Görüşün əsas vaxtı 22:22 hesablı bərabərliklə başa çatdığından cütlüyün taleyini qızıl xal həll edib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala adlayıb.

Xəbər 616 dəfə oxundu.