Gimnastımız Murad Ağarzayev Azərbaycanın 25-ci qızıl medalını qazandı
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastımız Murad Ağarzayev Azərbaycanın 25-ci qızıl medalını qazanıb.

Murad Ağarzayev sərbəst hərəkətlər üzrə final mərhələsində 14.400 xalla birinci yeri tutub.

Gümüş medala 13.350 xalla Əlcəzair gimnastı Ahmed Anis Maoudc, bürünc medala 13.100 xalla Türkiyə gimnastı Ahmet Öndər layiq görülüb.

Xəbər 665 dəfə oxundu.