“Bakı-2017”nin ağır atletika yarışının üçüncü günündə dörd idmançımız körpücük üzərinə çıxıb
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının üçüncü günündə Azərbaycanın dörd idmançısı körpücük üzərinə çıxıb.

Gün ərzində qadınlar 63, 69, 75, kişilər isə 69 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Azərbaycanı yarışda 63 kiloqram çəki dərəcəsində Firuzə İbrahimova və Elnarə Abbasova təmsil edirlər. Fidan Hüseynzadə və Anastasiya İbrahimli isə 69 kiloqram çəki dərəcəsində medallar uğrunda yarışırlar.

Xəbər 655 dəfə oxundu.