İdman gimnastlarımızın aktivinə növbəti gümüş medalı Talas Bence yazdırıb
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastların yarışının final mərhələsində Azərbaycan təmsilçisi Talas Bence halqalarla hərəkətlərdə 14.500 xal toplayaraq millimizin aktivinə növbəti gümüş medalı yazdırıb.

Halqalarda hərəkətlərdə qızıl medala 15.250 xalla İbrahim Çolak (Türkiyə) layiq görülüb. Bürünc medala isə 13.850 xal toplayan iranlı Hadi Kanarinejad layiq görülüb.

Xəbər 678 dəfə oxundu.