Yeni stadionun inşası davam edir
AFFA tərəfindən 8-ci kilometr qəsəbəsində inşa olunan stadionda təbii ot örtüyünün döşənməsi üçün işlər insensiv qaydada davam etdirilir. İdman.com.az saytının məlumatına görə, artıq drenaj sisteminin qurulması üçün lazım olan kanallar qazılıb və torpağın müvafiq şəkildə quruma intensivliyinə uyğun olaraq işlər qısa zamanda yekunlaşdırılacaq.
Qeyd edək ki, stadion mayda istifadəyə veriləcək və ölkəmizdə sentyabrın 22-də start götürəcək 17 yaşadək qızlar arasında dünya çempionatının oyunları burada keçiriləcək.

Xəbər 938 dəfə oxundu.