Azərbaycan millisi səngər stendi üzrə qarışıq komanda yarışlarının finalına yüksəlib
Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarının finalına çıxıb.

Finalda yığmamızın heyətində qızıl medal uğrunda Əli Hüseynli və Şəfəq Əmrahova yarışacaq.

Komandamız birincilik uğrunda türkiyəli Oğuzxan Tuzun və Nihan Gürerə qarşı mübarizə aparacaq.

Xəbər 547 dəfə oxundu.