Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017”də növbəti qələbəsini qazanıb | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb. Mayın 14-də “Baku Crystal Hall”da voleybolçularımız Türkiyə millisi ilə qarşılaşıblar. Ev sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə millimiz rəqibini 3:0 hesabı ilə məğlub edib. Kişilərin yarışında isə “B” qrupunda iki görüş oynanılıb. Əvvəlcə meydançaya Mərakeş və Əlcəzair yığmaları çıxıblar. Əzmkarlıq nümayiş etdirən Əlcəzair millisi rəqibini 3:1 hesabı ilə məğlub edib. Digər görüşdə isə İran və Qətər yığmaları üz-üzə gəliblər. Azərbaycan hakimi Konstantin Selinin idarə etdiyi oyun İran voleybolçularının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mayın 15-də kişi voleybolçuların “A” qrupunda Türkiyə-Pakistan, “B” qrupunda Qətər-Səudiyyə Ərəbistanı, qadınların mübarizəsində isə Türkiyə-Qırğızıstan oyunları keçiriləcək. |
|
Xəbər 696 dəfə oxundu. |
|
|