Paracüdo yarışlarının ikinci günündə komandamızın hesabına ikinci gümüş medalı Kənan Abdullaxanlı əlavə edib
Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarının ikinci günündə komandamızın hesabına ikinci gümüş medalı Azərbaycan cudoçusu Kənan Abdullaxanlı əlavə edib.

Yüz kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Kənan Abdullaxanlı finalda Özbəkistan idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan idmançımız gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, “Rio-2016” Yay Olimpiya Oyunlarının dörddəbir finalçısı Kənan Abdullaxanlı 2015-ci ildə Portuqaliyada keçirilmiş açıq Avropa çempionatının bürünc mükafatçısıdır.

Xəbər 664 dəfə oxundu.