“Cavab oyunu daha çətin olacaq”
“Kubok mübarizəsində səfərdə qol vurmaq çox vacibdir. Oyunda heç də pis başlamadıq. Amma qarşılaşmanın gedişində 2 dəfə geriyə düşdük”. İdman.com.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Müarəm Müarəm deyib. Makedoniya millisinin yarımmüdafiəçisi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə heç-heçə etdikləri ilk matçla bağlı klubunun rəsmi saytına açıqlama verib. Bərabərlik qolunun müəllifi olan Muarem bildirib ki, son dəqiqələrdə vurduqları qol cavab görüşünə bir qədər rahat çıxmalarına şərait yaradıb:

“Bu, o demək deyil ki, işimiz başa çatdı. Cavab oyunu daha çətin olacaq. “Qəbələ”nin olduqca sürətli hücum xətti var. Sadəcə, ilk hissə başa çatıb. Hələ cavab oyunu var. Mənim qol vurmağıma gəlincə, əslində, demək olar ki, hər oyunda yaxşı imkanım olurdu. “Bakı” və “Kəpəz”lə oyunlarda fərqlənməyə borcluydum. Amma indi daha çətin məqamda qol vura bildim. Qurban müəllim bizə daim özümüzə inanmağı aşılayır. Hazırda yaxşı formadayıq. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çata biləcəyik”.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” matçı 2:2 hesabı ilə yekunlaşıb.

Xəbər 950 dəfə oxundu.