Rövşən Səfərov üçüncü yer uğrunda görüşdə qalib gəlib
Azərbaycanın paralimpiyaçı cüdoçusu Rövşən Səfərov (90 kq) IV İslam Həmrəyliyi Oyunlarında üçüncü yer uğrunda görüşdə qalib gəlib.

Rövşən Səfərov üçüncü yer uğrunda mübarizədə digər Azərbaycan idmançısı Tofiq Məmmədova qalib gəlib.

Cüdoçumuz Rövşən Səfərov 2016-cı ildə Rio Paralimpiadasının bürünc medalını qazanıb. XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Xəbər 774 dəfə oxundu.