Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalına sahib olub
Mayın 14-də Azərbaycan gimnastı Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında özünün üçüncü qızıl medalını qazanıb.

Halqa ilə hərəkətlər üzrə fərdi yarışlarda 17.600 xal toplayan M.Durunda IV İslam Həmrəyliyi Oyunlarında üçüncü dəfə çempion olub. Digər idmançımız Jalə Piriyeva isə 16.050 xalla üçüncü yeri tutub.

Gümüş medala isə 16.450 xalla özbəkistanlı Anastasiya Serdyukova sahib olub.

Xəbər 592 dəfə oxundu.