Makedoniyada ölkə çempionatı dayandı
Makedoniya Futbol Federasiyası ölkə çempionatını dayandırmağı qərara alıb. İdman.com.az saytının məlumatına görə, buna səbəb makedoniyalılarla albaniyalılar arasında yeni etnik qarşıdurma nəticəsində yüksək gərginliyin yaranmağıdır.

Onlar arasında bəzi qarşıdurmalar Makedoniya ərazisində, o cümlədən, paytaxt Skopyedə olub. İlk növbədə yüksək liqada XX turun Tetovo şəhərində keçirilmiş “Şkendiya” – “Vardar” və “Teteks” – “Napredok” oyunları təxirə salınıb.

Ancaq reqlamentə görə ötən turun bütün matçları oynanılmamış növbəti tur başlaya bilməz. Buna görə də bütün çempionat qeyri-müəyyən müddətə təxirə salınıb.
Federasiyanın mətbuat xidməti XI turla yanaşı, II liqada XVIII turun oyunlarının təxirə salındığını bildirib.

Xəbər 903 dəfə oxundu.