Qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma yarışının qalibi Qətər idmançısı olub
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma yarışının qalibi müəyyənləşib.

Yarışın qızıl medalını 28 xal toplayan Qətər idmançısı Əlmübarək Aldana Saad qazanıb.

Gümüş medala İran idmançısı Haniyeh Rostamıyan, bürünc medala isə tunisli Olfa Cereni sahib olublar.

Azərbaycan idmançısı İradə Aşumova yarışı dördüncü yerdə başa vurub. Digər idmançılarımız Zərifə Qasımova və Nigar Nəsirova isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xəbər 633 dəfə oxundu.