Bakı 2017: Allahyar Abışov da körpücük üzərinə çıxdı
12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.

Bu gün çəkisi 62 kq olan kişilər körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Allahyar Abışov təmsil edib. O, birdən qaldırma hərəkətində 117 kq-ı ram edib. Allahyar təkanla qaldırma hərəkətində 135 kq-ın öhdəsindən gəlib.

Toplam 252 kq (177+135) nəticə göstərən Abışov bu çəki dərəcəsində 8-ci yeri tutub.

Xəbər 980 dəfə oxundu.