Ağır Atletika Federasiyası IWF tərəfindən diplomla təltif olunub
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən ağır atletika yarışları çərçivəsində Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) xüsusi təşəkkürnaməsi təqdim olunub.

Təşəkkürnaməni yarışları izləmək üçün Bakıda olan IWF-in prezidenti Tomaş Ayan və qurumun idarə heyətinin üzvü Mohammad Cəlud AAAF-ın vitse-prezidenti Tofiq Heydərova və baş katib Rizvan Rəsulova təqdim ediblər.

Tomaş Ayan çıxış edərək deyib: “Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında təşkilatçılıq çox yüksək səviyyədədir. Gördüklərim məni sevindirdi. Həmişə olduğu kimi, Azərbaycan bu işlərdə öncüllərdəndir. Təşkilatçılıq zamanı ağır atletikaya verilən xüsusi dəyərin bir daha şahidi oldum. AAAF-ın rəhbərliyinə, onun vitse-prezidenti və baş katibinə bu mükafatı təqdim edərək öz təşəkkür və sayğımı bildirirəm. Mənə, ümumilikdə, bu idman növünə xoş münasibətə, belə yüksək səviyyəli yarış təşkilatçılığına görə bir daha təşəkkür edirəm”.

Xəbər 502 dəfə oxundu.