“Bakı-2017”: Kişi voleybolçuların yarışında Əlcəzair millisi Mərakeşə qalib gəlib | |
Mayın 14-də “Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışlarının dördüncü gününə Mərakeşin və Əlcəzairin kişi komandaları arasında qarşılaşma ilə start verilib. Matç 3:1 hesabı ilə Əlcəzair komandasının xeyrinə başa çatıb. Oyunda ilk set 25:18 hesabı ilə Mərakeş millisinin xeyrinə başa çatıb. Lakin birinci setdə məğlubiyyətə baxmayaraq, əzmkarlıq göstərən Əlcəzair yığması növbəti üç setdə (25:9, 25:21, 25:21) qələbə qazanaraq oyunun qalibi olub. Saat 19.00-da keçiriləcək ikinci oyunda Azərbaycanın və Türkiyənin qadın voleybolçuları üz-üzə gələcəklər. Günün sonuncu oyunu isə kişi voleybolçuların yarışında İran və Qətər milliləri arasında keçiriləcək. |
|
Xəbər 590 dəfə oxundu. |
|
|