İslamiadanın ikinci günündə Azərbaycanın 3 kişi və 3 qadın karateçisi medallar uğrunda mübarizə aparır
IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə - mayın 14-də Bakı İdman Sarayında karatenin kumite və kata yarışlarına Azərbaycanın üç qadın və üç kişi idmançısı mübarizəyə qoşulub.

Karatenin kumite yarışlarında Azərbaycanı qadın idmançılardan İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən isə Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edirlər.

Kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlardan Neda Rezei, kişilərdən isə Roman Heydərovdur.

IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına bu gün yekun vurulacaq.

Xəbər 531 dəfə oxundu.