İslamiadanın idman gimnastikası yarışlarında təsnifat mərhələsinin ikinci gününə start verilib
Mayın 14-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında təsnifat mərhələsi davam edir. Bu gün, həmçinin kişi və qadın komandaları üzrə mükafatlandırma mərasimi keçiriləcək.

Bugünkü təsnifat mərhələsi idman gimnastikasında kişilərin dayaqla tullanma, turnikdə hərəkət və dəstəkli atda hərəkətlərini, qadınların sərbəst hərəkətlərini və gimnastika tirində hərəkətlərini əhatə edir.

İdman gimnastikasında Azərbaycanı Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova, Murad Ağarzayev, Timur Bayramov, Talas Bence təmsil edirlər.

Xəbər 517 dəfə oxundu.