“Bakı-2017”: İndoneziyalı qadın atlet 48 kiloqram çəki dərəcəsində çempion olub
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışında 48 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində İndoneziya idmançısı Sri Vahyuni Aqustiani çempion olub.

Sri Vahyuni Aqustiani birdən qaldırmada 80, təkanla qaldırmada isə 106 kiloqram nəticə göstərib. Toplam 186 kiloqramı başı üstünə qaldıran indoneziyalı atlet IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

Gümüş medala türkiyəli atlet Saziyə Ərdoğan sahib olub. O, toplam 166 kiloqramlıq (74+92 kq) nəticə göstərib. Türkiyəli Qamze Karakol isə 164 kiloqramlıq (71+93 kq) nəticə ilə bürünc mükafata yiyələnib.

Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Mərziyyə Məhərrəmova 115 kiloqramlıq (66+85 kq) nəticə ilə altıncı sırada qərarlaşıb.

Fəxri kürsüdə yer alan idmançılara medalları Beynəlxalq Atletika Federasiyasının prezidenti Tomas Ajan təqdim edib.

Xəbər 621 dəfə oxundu.