“Bakı-2017”də Azərbaycanın ilk qızıl medalı
Mayın 13-də Azərbaycan yığma komandası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

Qızıl medalı millimizin aktivinə atıcılıq yarışında mübarizə aparan Ruslan Lunyov yazdırıb. O, kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında hamıdan dəqiq olub - (581 xal).

Xəbər 716 dəfə oxundu.