Ermənistan güləş ictimaiyyətindən növbəti artistizim
“Azərbaycanlı Elçin Əliyevlə görüşdə hakim idmançımızı cəzalandırmışdı. Ümid edirəm ki, FİLA düzgün qərar verəcək və bu cəza Romanın gələcək karyerasına təsir etməyəcək”. Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Ermənistan millisinin baş məşqçisi Levon Culfalakyan deyib.

O, Serbiya paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında pəhləvan Roman Amoyanın həmyerlimiz Elçin Əliyevə uduzmasını hələ də həzm edə bilmir. Çünki 2-qat qitə çempionumuzun layiqli qələbəsindən sonra, artistliyə görə məşqçinin sarı vərəqə alması və güləşçinin yarışdan diskvalifikasiya edilməsi düşmən ölkədə böyük əks-səda doğurub.

Artıq bununla bağlı Ermənistan Güləş Federasiyası adətləri üzrə iyrənc əməllərə əl atmağa başlayıblar. Belə ki, onlar Amoyanın cəzasının ləğvini istəyirlər. Düşmən ölkə hətta bununla bağlı Beynəlxalq Güləş Federasiyasına hədə-qorxu da gəlib. Onlar bildiriblər ki, qərar Romanın karyerasına təsir etməməlidir: “Əgər FİLA fərqli qərar verərsə, bizim federasiya Olimpiya Komitəsi və İdman Nazirliyi müvafiq addımlar atacaq”.

Qeyd edək ki, Elçin Əliyevin Avropa çempionu olduğu çempionatda ermənilər həmin görüşü idarə edən koreyalı hakimin FİLA tərəfindən cəzalandırdığını iddia etsələr də, həmin ədalət təmsilçisi bir gün sonra məhz final qarşılaşmasına təyinat alıb.

Xəbər 1447 dəfə oxundu.