“Bakı-2017”: İranın kişi voleybolçuları Səudiyyə Ərəbistanı millisinə qalib gəliblər
Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışının ikinci günündə kişilərin mübarizəsində “B” qrupunda daha bir oyun keçirilib.

“Baku Crystal Hall”da İran millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.

Maraqlı oyun nümayiş etdirən İran yığması 3:0 (25:18, 25:23, 25:18) hesablı qələbə qazanıb.

Qeyd edək ki, voleybol yarışları mayın 13-də “Baku Crystal Hall”da davam edəcək. Mayın 13-də “A” qrupunda kişilər arasında Türkmənistan-Fələstin, “A” qrupunda qadınlar arasında Azərbaycan-Tacikistan, A” qrupunda kişilərin mübarizəsində Azərbaycan-Türkiyə oyunları keçiriləcək

Xəbər 547 dəfə oxundu.