Boksçumuz Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

91 kiloqramdan yuxarı çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan M.Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.

O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də olacaq.

Xəbər 548 dəfə oxundu.