1/4 finalçılar bəlli oldu
Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçirilib. İdman.com.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Madrid "Real" klubu doğma divarlar arasında Moskva SSKA-sını 4:1 hesabı ilə üstələyərək, növbəti mərhələyə adlayıb.

Günün digər qarşılaşması isə Londonda baş tutub. Burada yerli "Çelsi" İtaliyanın "Napoli" komandası ilə üz-üzə gəlib. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan "Çelsi" evdə bu məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Matçın əsas vaxtında da 3:1 hesabı qeydə alındığından qalib əlavə vaxtda müəyyənləşib. Burada daha bir qol vuran “Çelsi” də növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, dünən keçirilən iki oyunla növbəti 1/4 finalçılar müəyyənləşib. "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Benfika" (Portulqaliya) və APOEL (Kipr) klubları ilə yanaşı, Fransanın "Olimpik"M və Almaniyanın "Bavariya" komandaları da adını 1/4 finala yazdırıblar.

Çempionlar Liqası. 1/8 final. Cavab oyunu
14 mart

"Real"M (İspaniya) - SSKA (Rusiya) - 4:1
İquain, 26; Ronaldu, 55, 90+2; Benzema, 70 - Toşiç, 77
ilk oyun - 1:1

"Çelsi" (İngiltərə) - "Napoli" (İtaliya) - 4:1 (Əlavə vaxtda)
Droqba, 29; Terri, 47; Lempard, 75 (pen); İvanoviç, 105 - İnler, 55 (2:1),
İlk oyun - 1:3

Xəbər 1102 dəfə oxundu.