“Bakı-2017”: Türkiyənin qadın voleybolçuları da ilk oyunda qələbə qazanıblar
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında Türkiyə və Tacikistan milliləri üz-üzə gəlib.

Türkiyənin qadınlardan ibarət milli komandası kişi voleybolçuların uğurunu təkrarlayaraq qələbə qazanıblar – 3:0. Hər üç setdə türkiyəli voleybolçular böyük hesabla qalib gəliblər - 25:8, 25:6 və 25:7.

Voleybol yarışları “Baku Crystal Hall-1” arenasında keçirilir.

Xəbər 572 dəfə oxundu.