Azərbaycan millisi “Bakı-2017”də ilk qələbəsini qazanıb
Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında ilk qələbəsini qazanıb.

"Bayıl Arena”da “A” qrupunun ikinci turu çərçivəsində millimiz Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab acılamayıb.

İkinci hissəyə daha fəal başlayan millimiz 67-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə azarkeşləri sevindirib. Görüşün 80-ci dəqiqəsində Ağabala Ramazanov ikinci topu rəqib qapısından keçirib. Komandalar hücuma keçsələr də, hesab dəyişməyib. Oyun 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.

Xəbər 556 dəfə oxundu.