«Özümüzə gəlmək üçün bu qələbə bizə lazım idi»
Azərbaycan kubokunun 1/4 finalının ilk görüşündə dünən doğma divarlar arasında AzAL klubunu məğlub edən «Bakı», avrokubok yolunda inamlı addım atdı. 3:1 hesablı qələbədən sonra üzü gülən yarımmüdafiəçi Elvin Məmmədov idman.com.az saytına açıqlamasında dedi ki, bu qələbəyə öncədən kökləniblər:

«Çempionatda işlərimiz yaxşı getmir. Bu üzdən əsas gücümüzü ölkə kubokuna yönəltmişik. Qalib gəldiyimizə görə çox şadam. Özümüzə gəlmək üçün bu qələbə bizə hava-su kimi lazım idi. Amma kubok mübarizəsi bir matçdan ibarət deyil. Cavab oyununda da inamlı çıxış etməliyik. İnşallah, klub rəhbərliyinin bizə çəkdiyi zəhmətin əvəzini verərik».

Xəbər 992 dəfə oxundu.