“Bakı-2017”: Türkiyənin kişi voleybolçuları Türkmənistan yığmasını məğlub ediblər
Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının birinci günündə Türkiyənin və Türkmənistanın kişi idmançıları qarşılaşıblar.

Görüşdə üstün oyun nümayiş etdirən Türkiyə voleybolçuları hər üç seti qələbə ilə başa vurublar. Yarışın əsas favoritlərindən olan Türkiyə yığması setləri 25:16, 25:14 və 25:22 hesabı ilə üstün bitirib.

Xəbər 571 dəfə oxundu.