“Bakı-2017”: İraqın kişi həndbolçuları yarımfinala vəsiqə qazanıblar
Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların yarışının qrup mərhələsinin sonuncu turunda “B” qrupunda yer alan Mərakeş və İraq komandaları qarşılaşıblar.

Hər iki komandanın aktivində bir qələbə olduğu üçün həndbolçular yarımfinala vəsiqə uğrunda gərgin mübarizə aparıblar. Görüşün ilk hissəsində Mərakeş həndbolçuları cüzi fərqlə qalib gəliblər - 11:10. Lakin ikinci yarıda üstünlüyü ələ alan İraq yığması hissəni 15:11 hesabı ilə başa vurub. Ümumi hesabda 25:22 hesabı ilə qələbə qazanan İraq yığması Oyunların yarımfinalına vəsiqəni təmin edib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşmanı bəhreynli hakimlər briqadası idarə edib.

Xəbər 556 dəfə oxundu.