Mini futbol üzrə “Nardaran kuboku” yarışının qalibləri mükafatlandırılıblar
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş, 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında mini futbol üzrə “Nardaran kuboku” yarışı keçirilib.

Yarışın keçirilməsinin məqsədi Nardaran məktəblilərinin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etmək olub.

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışda 10 komanda mübarizə aparıb.

Yarışda Bakı şəhəri 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası “Nardaran kuboku”nun qalibi olub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası ikinci yerə, 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası üçüncü yerə layiq görülüblər.

Qaliblər kubok, diplom və medallarla təltif ediliblər.

Qeyd edək ki, Nardaran qəsəbəsindəki 130 və 295 nömrəli tam orta məktəblərdə idmanın şahmat, cüdo, futbol, stolüstü tennis növləri üzrə bölmələr fəaliyyət göstərir, bu idman növləri üzrə mütəmadi olaraq Nardaran məktəbliləri arasında yarışlar keçirilir.

Xəbər 608 dəfə oxundu.