Azərbaycan Cüdo Federasiyasının nümayəndələri Qəbələdə olublar
Azərbaycan Cüdo Federasiyasının rəsmiləri “Qəbələ” idman klubunun cüdoçuları ilə görüşüblər.

Görüşdə çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Qəbələ və Şimal-Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qəbələ, İsmayıllı, Qax, Oğuz və digər rayonların yeniyetmə cüdoçularına kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Xəbər 1056 dəfə oxundu.