İslamiada: Qadın həndbolçuların yarışında Türkiyə millisi Kamerun yığmasına qalib gəlib
Mayın 10-da IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışında günün ilk qarşılaşması Türkiyə və Kamerun yığma komandaları arasında keçirilib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən görüşün ilk hissəsi Türkiyə təmsilçilərin 19:16 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində kamerunlu həndbolçular 15:14 hesabı ilə qalib gəlsələr də, ümumi hesabda qardaş ölkə idmançıları qələbə qazanıblar - 33:31. Bununla da türkiyəli həndbolçular İslamiadada ikinci qələbələrini əldə ediblər.

İkinci setin sonuna yaxın kamerunlu həndbolçu Ebanqa Baboqa Paola Sirielle qırmızı kart alaraq oyundan kənərlaşdırılıb.

Xəbər 587 dəfə oxundu.